Bakı və Aşqabad arasında strateji addım: Biznes Şurası yaradılır

saytların hazırlanması

Evə çatdırılma

Bakı və Aşqabad arasında strateji addım: Biznes Şurası yaradılır

İqtisadiyyat

09 İyul 2026 10:55 52


 Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkmənistana işgüzar səfər edib. Səfər çərçivəsində Aşqabadda iki ölkə arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib və mühüm qərarlar qəbul olunub.

"Yeni Sabah" xəbər verir ki, səfər zamanı Mikayıl Cabbarov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən qəbul edilib. Görüşlərdə iki qardaş ölkə arasında siyasi dialoqun yüksək səviyyədə olduğu və iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üçün geniş imkanların mövcudluğu vurğulanıb.

Nazir, həmçinin Türkmənistan Nazirlər Kabineti sədrinin müavinləri – Quvanc Ağacanov, Rəşid Meredov və komissiyanın həmsədri Nökərqulı Ataqulıyev ilə bir sıra mühüm görüşlər keçirib. Dominos pizza

Danışıqlarda hər iki dövlətin zəngin enerji potensialı və əlverişli coğrafi mövqeyi xüsusi qeyd edilib. Beynəlxalq bazarlara enerji nəqli, müştərək layihələrin reallaşdırılması və qlobal nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlıq perspektivləri masaya yatırılıb.

Görüş zamanı tərəflər qarşılıqlı dostluq rəmzi olan addımları yüksək qiymətləndiriblər.

Türkmənistan tərəfi Füzuli şəhərində inşa edilən Məscid kompleksinə görə minnətdarlıqla yad edilib.

Türkmənistan rəsmiləri isə Azərbaycan tərəfindən hədiyyə edilən "Dostluq" neftdaşıyan tankeri üçün təşəkkürlərini ifadə ediblər.

Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekununda ticarət və ixrac marşrutlarının şaxələndirilməsi məqsədilə ikitərəfli Biznes Şurasının yaradılması təşəbbüsü irəli sürülüb. Sonda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və su infrastrukturu sahələrində əməkdaşlığın gücləndirilməsini nəzərdə tutan genişmiqyaslı protokol imzalanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!