16 Avqust - 05:21
“Bakı və İrəvanın mövqeləri yaxınlaşdırılıb“ - Rusiya XİN

“Bakı və İrəvanın mövqeləri yaxınlaşdırılıb“ - Rusiya XİN

Bölgə

06 İyul 2022 15:05 632


"Rusiya, Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin qarşısının alınması üzrə üçtərəfli qrup çərçivəsində işlər davam edir".

Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaitsev deyib.

“Üçtərəfli işçi qrupunun iyunun 3-də Moskvada keçirilmiş görüşünün nəticələrinə, eləcə də həmsədrlərin Sankt-Peterburq Beynəlxalq Forumu çərçivəsində təmaslarına əsasən nəqliyyat kommunikasiyalarının bərpasının müxtəlif aspektləri üzrə tərəflərin mövqelərini yaxınlaşdırmaq istiqamətində müəyyən irəliləyiş əldə olunub.

Məlum olduğu kimi, üçtərəfli işçi qrupu çərçivəsində İrəvanın, Bakının və onların qonşularının maraqlarına uyğun olaraq regionda dəmir yolu və avtomobil əlaqəsinin işə salınması müzakirə olunur. Həmsədrlər konkret razılıqlar əldə olunan zaman işlərinin nəticələri barədə mətbuata ayrıca məlumat verəcəklər”, - deyə Zaytsev qeyd edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!