Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açdı

saytların hazırlanması

Evə çatdırılma

Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açdı

Sosial

09 Oktyabr 2021 13:52 890


IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açıb. 

Yenisabah.az xəbər verir ki, parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub. 

Qeyd edək ki, kassalar hər gün səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq. Bu gün isə kassalar 15:00-dan açılacaq. pizza sifarişi

Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər. 

Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə bildirib ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!