Bakıda 1 milyondan çox borcunu ödəyib, “Jaguar”ını girovdan çıxaran şəxs “Hafka”dır?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 1 milyondan çox borcunu ödəyib, “Jaguar”ını girovdan çıxaran şəxs “Hafka”dır?

Maraqlı

06 Dekabr 2023 18:22 6532


Bakıda 1 milyon manatdan çox borcunu ödəyən şəxsin bazar dəyəri yarım milyon manatdan çox olan avtomobilinin üzərində qoyulan həbs götürülüb. 

Qaynarinfo-nun məlumatına görə, borclu şəxs 698.000 ABŞ dolları borcu və 30 manat dövlət rüsumunu ödəyib. Bu səbəbdən Yasamal Rayon Məhkəməsinin qərarı ilə "Jaguar" markalı avtomobilin üzərinə qoyulmuş həbs götürülüb. 

Redaksiyamıza daxil olan məlumatda sözügedən avtomobilin "Hafka" ləqəbli tanınmış iş adamı Hafiz Məmmədovun oğlanlarının birinə məxsus olduğu iddia edilir. Onun Azərbaycan Beynəlxalq Bankına və Dövlət Vergi Xidmətinə külli miqdarda borcu olub.  Dominos pizza

İş adamı ötən il Dövlət Vergi Xidmətinə yaranmış borcunu ödəmədiyi üçün həbs edilmişdi. Qısa zamanda borcun 600 min manatını ödəyən "Hafka" ev dustağlığına buraxılmışdı. 

Məsələ ilə bağlı Hafiz Məmmədovla əlaqə saxlamağa çalışsaq da, iş adamı telefon zənglərimizə cavab vermədi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Bakidan
    Vot eto mujik
    2 years ago