Bakıda 1 milyonluq qızılları oğurlanan qadının kimliyi bilindi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 1 milyonluq qızılları oğurlanan qadının kimliyi bilindi

Kriminal

05 Avqust 2020 12:21 1071


Bakıda 1 milyonluq qızılları oğurlanan şəxsin kimliyi məlum olub.

Yenisabah.az bildirir ki, “Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, həmin şəxs paytaxt sakini, 1969-cu il təvəllüdlü Zülfiyyə Əliyevadır.

Məlumata görə, 75 min dollarlıq qızılı iki nəfər oğurlayıb. Onlar ev sahibinin tanışları olublar və qadının evdə olmayacağı vaxtı planlaşdıraraq mənzilə daxil olublar. Evdə heç bir dağıntı törətmədən birbaşa seyfi xüsusi aparatla kəsərək içindən qızılları aparıblar. pizza mizza

Bir milyon manatlıq qızıl-zinət əşyalarının içində qızıl sikkələr, qara brilliantlar, medalyonlar və kalelər olub.

Cinayəti törətməkdə şübhəli bilinənlərdən biri - 25 yaşlı Tural Rəhimli saxlanılıb. Onun ortağı olmaqda şübhəli bilinən 40 yaşlı Əkbər Salmanov isə hələ ki, istintaqdan gizlənməyi bacarıb.

Faktla bağlı istintaq davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!