Zirə qəsəbəsində, “Zirə Dəniz Limanı”nın yaxınlığında yerləşən 10 hektar torpaq sahəsi satışa çıxarılıb.
“Yeni Sabah” xəbər verir ki, ümumi sahəsi 1000 sot olan torpaq sahəsi 12 milyon manata təklif olunur.
Ərazinin istehsalat və sənaye müəssisələri, zavod və fabriklər, gəmi təmiri bazası, anbar və logistika infrastrukturu, eləcə də liman fəaliyyəti ilə əlaqəli layihələr üçün əlverişli olduğu bildirilir. pizza sifarişi
Elan məlumatına görə, torpaq sahəsinin 8 hektarına qeyri-yaşayış təyinatlı çıxarış (kupça) var və həmin hissə özəl mülkiyyətdədir.
Aydan Hacı
Telegram kanalımız