Bakıda 14 yaşlı yeniyetməni hədələyib, telefonunu aldılar 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 14 yaşlı yeniyetməni hədələyib, telefonunu aldılar 

Maraqlı

01 Mart 2023 10:22 672


Bakıda 14 yaşlı yeniyetmə bıçaqla hədələnib, telefonu əlindən alınıb. 

Yenisabah.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb. 

Belə ki, yeniyetmənin anası polisə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs evlərinin yaxınlığında 14 yaşlı oğlunu bıçaqla xəsarət yetirəcəyi ilə hədələyərək 400 manat dəyərində mobil telefonunu alıb uzaqlaşıb.  Toyuqlu pizza

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törədən şəxsin Zöhrab Zeynalov olduğu məlum olub və o, saxlanılaraq şöbəyə gətirilib. 

Faktla bağlı araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!