Bakıda fəaliyyət göstərən üç məhdud məsuliyyətli cəmiyyət fəaliyyətini dayandırır.
“Yeni Sabah” xəbər verir ki, “CASPİAN CONSTRUCTİON”, “UNIMAKS 2018” və “PROSKILLS” MMC-lər ləğv olunduqlarını bəyan ediblər. Qanunvericiliyə uyğun olaraq, kreditorlara tələblərini bildirmək üçün iki ay vaxt verilib.
Bu müddət ərzində “CASPİAN CONSTRUCTİON” MMC-yə (VÖEN: 1004314191) iddiaları olanlar AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, məhəllə 1965, bina 5, mərtəbə 4 ünvanına, “UNIMAKS 2018” MMC-yə (VÖEN: 2905235521) tələbi olanlar 1075, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 23L ünvanına, “PROSKILLS” MMC-yə (VÖEN: 1905070601) müraciət etmək istəyənlər isə AZ1089, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, ev 17A, mənzil 69 ünvanına müraciət edə bilərlər. Marqarita pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız