Bakıda qətl hadisəsi törədilib.
Yenisabah.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində “Sovxoz” adlanan ərazidə yaşayan 44 yaşlı Mirzəyev Allahverdi Ağaşirin oğlu yaşadığı evdə başından güllələnib.
A.Mirzəyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, A.Mirzəyev əvvəllər məhkumluq həyatı yaşayıb. Dördpendirli pizza
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.
/Report
Telegram kanalımız