Bakıda 44 yaşlı kişi tanışı tərəfindən bıçaqlanaraq öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 44 yaşlı kişi tanışı tərəfindən bıçaqlanaraq öldürüldü

Kriminal

17 Yanvar 2022 10:34 588


Bakıda tanışını qətlə yetirən şəxslə bağlı cinayət işi açılıb.

Bu barədə Yenisabah.az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 17-i saat 01 radələrində paytaxtın Nərimanov rayonu, Əliyar Əliyev küçəsində 1977-ci il təvəllüdlü İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. pizza

Aparılan araşdırmalarla zərərçəkmişlərin tanışı, 1974-cü il təvəllüdlü Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!