Bakıda 5 milyona təmirsiz ev satışa çıxarıldı – FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 5 milyona təmirsiz ev satışa çıxarıldı – FOTOLAR

Sosial

01 Fevral 2024 10:27 2613


Bakı şəhərində mənzil fantastik qiymətə - 5 milyon 100 min  manata satışa çıxarılıb. 

Yenisabah.az xəbər verir ki, mülk paytaxtın Səbail rayonu, Neftçilər prospektində - "Port Baku Residence"da  yerləşir. 

Dəbdəbəli binadakı mənzilin sahəsi nə az, nə çox, 1050 kvadrat metrdir və 8 otaqdan ibarətdir. Mənzil tam təmirsiz (“podmayak”) olaraq  satışa çıxarılıb.  Pepperoni pizza

Mənzil 28 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. 

Satıcı mənzilin geniş terasından şəhərə və dənizə panoramın açıldığını qeyd edib. 

Bundan əlavə, lüks mənzilin alıcısına binanın geniş həyəti, uşaq əyləncə parkı, 24 saat mühafizə, blokda kodlu seyf qapıları vəd edilir. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!