Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlandı

Kriminal

25 Oktyabr 2023 18:24 895


Bakıda 53 yaşlı kişinin qətli ilə bağlı cinayət işi başlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Sabunçu rayon prokurorluğundan bildirilib.

Oktyabrın 25-də 1970-ci il təvəllüdlü Firdovsi Nəcəfovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Toyuqlu pizza

Araşdırma zamanı 1988-ci il təvəllüdlü Adil Əsgərovun Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı Firdovsi Nəcəfovu dəmir parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Adil Əsgərov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!