Bakıda 550 küçə dezinfeksiya edildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 550 küçə dezinfeksiya edildi - Fotolar

Sosial

25 Sentyabr 2021 18:03 868


Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə sentyabr ayının 25-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı paytaxtda 550 küçə dezinfeksiya olunub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən Yenisabah.az-a məlumat verilib. 

Bildirilib ki, görülən bu işlər Bakı şəhərində sakinlərimizin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir: Marqarita pizza

"Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiyadan xilas olunmaq üçün ilk növbədə vaksinasiya olunsunlar, özlərinin, yaxınlarının, ətraflarındakı insanların qorunması, xəstəliyin daha  çox yayılmasına imkan verilməməsi üçün tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər". 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!