Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Nəsimi rayonunda, Səfər Əliyev küçəsində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Sevil Mütəd qızı Seyidova yolu keçmək istəyərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Marqarita pizza
Faktla bağlı araşdırma aparılır./Report
Telegram kanalımız