Bakıda 900 qramlıq körpə təcili reanimasiyaya yerləşdirildi 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda 900 qramlıq körpə təcili reanimasiyaya yerləşdirildi 

Sosial

29 Mart 2024 09:23 500


Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda hamiləliyin 27-ci həftəsində ağır vəziyyətdə dünyaya gələn körpə 2.5 aylıq müalicədən sonra ağır vəziyyətdən çıxarılaraq müalicəsinin davamı üçün Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. 

“Vaxtından əvvəl dünyaya gələn 900 qram çəkidə olan körpə dərhal vəziyyəti ilə əlaqədar Yenidoğulmuşların reanimasiya və intensiv terapiyası şöbəsinə köçürülüb. Həkim-neonatoloq Kövsər Azadəliyeva və tibbi heyətin nəzarəti altında stasionar nəzarətdə olan körpəyə aparılan 2.5 aylıq müalicədən sonra həyatının 70-ci günündə nevroloji simptomların müayinə və müalicəsi ilə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna köçürülüb”, - bildirilib.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!