Bakıda abidələrin fasadlarında qanunsuz reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda abidələrin fasadlarında qanunsuz reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb

Sosial

29 Aprel 2025 11:32 265


Bakıda bir sıra abidələrin fasadlarında qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. 

Qeyd olunub ki, ADRA Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə paytaxt ərazisində apardığı yoxlamalar zamanı Bakı şəhərində bir sıra abidələrin fasadlarında 156 obyekt üzrə qanunvericiliyin tələblərinə cavab verməyən reklam lövhələrinin quraşdırılması halları aşkarlanıb. pizza hut

Məlum olub ki, sözügedən reklam qurğuları "Reklam haqqında" qanunun və bu sahədə digər qanunvercilik aktlarının tələbləri pozulmaqla quraşdırılıb. İlkin mərhələdə qanunsuz quraşdırılan reklam qurğularının bir hissəsinin demontajı təmin edilib.

Xatırladaq ki, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görünüşünü dəyişdirən və ya onlara təhlükə yarada biləcək istənilən müdaxilə qadağandır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!