Bakıda ana əlləri ilə körpəsini zibil yeşiyinə belə atdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ana əlləri ilə körpəsini zibil yeşiyinə belə atdı - VİDEO

Hadisə

18 İyul 2023 13:17 11671


Bakıda 10-15 günlük körpəsini zibil qutusuna atan qadının görüntüləri yayılıb.

“Yeni Sabah” BAKU TV-yə istinadən xəbər verir ki, görüntülərdə qadının körpəni zibil qutusuna atması öz əksini tapıb.

Qeyd edək ki, ötən gün Sabunçu rayonunda yeni doğulmuş körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə məlumat daxil olub. pizza

Dərhal şöbənin əməkdaşları tərəfindən uşaq həmin yerdən götürülərək tibb müəssisəsinə yerləşdirilib. Körpənin anası S.Qasımova polis əməkdaşları tərəfindən qısa zamanda müəyyən edilərək Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə gətirilib.

Hazırda həmin şəxs barəsində toplanmış materiala hüquqi qiymət verilməsi üçün iş Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Araşdırmalar davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!