Bakıda ana övladını illərlə zəncirləyib? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ana övladını illərlə zəncirləyib? - Açıqlama

Kriminal

25 İyul 2026 15:28 99


Narkotik aludəçisi olan anası tərəfindən şiddətə məruz qaldığı deyilən uşaq xəstəxanaya yerləşdirilib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

İddia edilir ki, yeniyetmə illərdir anası tərəfindən zəncirlənmiş şəraitdə yaşayıb, təhsildən yayındırılıb. Dördpendirli pizza

DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, qeyd olunan məsələ ilə bağlı ərazi polis idarəsində araşdırma aparılır.

O, ilkin tibbi müayinədən keçirilməsi və sığınacaqla təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Həmçinin ananın narkoloji və psixoloji vəziyyətinin qiymətləndirilməsi istiqamətində də müvafiq tədbirlər görülür. Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymətləndirmə aparılacaq\ “Qafqazinfo”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!