Bakıda avtobusla qatarın toqquşması zamanı yaralanan gənc öldü - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtobusla qatarın toqquşması zamanı yaralanan gənc öldü - FOTO

Hadisə

24 Aprel 2020 00:21 1360


Oktyabrın 1-də Bakıda 160 nömrəli sərnişin avtobusunun qatarla toqquşması nəticəsində yaralanan Novruz Salmanov bu gün vəfat edib. 24 yaşlı Novruz Salmanov 6 aydan çoxdur ki, komada idi. Onun anası Sevil Salmanova iddia edir ki, oğlunun ayağını 3 saylı Sabunçu xəstəxanasında səhv əməliyyat ediblər. Belə ki, oğlu rentgen olunub və müəyyən edilib ki, əməliyyat düzgün aparılmayıb.

Daha sonra xəstə təcili olaraq Mərkəzi Klinikaya köçürülüb.

Xərcləri öz üzərinə götürən 160 saylı avtobus marşrutunun sahibi, “Ayşən LTD” MMC-nin rəhbəri İradə Əliyeva isə yeni bir əməliyyatın pulunu ödəməkdən imtina edib. pizza sifarişi

İradə Əliyeva bildirib ki, Novruz Salmanovun müalicəsi üçün 30 min manat pul xərcləyib, bundan sonrakı xərcləri isə ödəməyəcək.

Xatırladaq ki, 2019-cu il oktyabrın 1-də Bakının Binə qəsəbəsində 160 saylı sərnişin avtobusunun yük qatarı ilə toqquşması nəticəsində 3 nəfər ölüb, azı 42 nəfər yaralanıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!