Bakıda avtomobil doqquz yaşlı uşağı vurdu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobil doqquz yaşlı uşağı vurdu

Hadisə

29 İyun 2020 00:20 1293


Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Valideyni ilə yolu keçən 2011-ci il təvəllüdlü Abbasov Cavanşir Abbas oğlu qəfil anasından ayrılaraq avtomobillərin hərəkət etdiyi istiqamətə qaçıb. Bu zaman hərəkətdə olan “VAZ-2107” markalı, 90-ZP-681 dövlət seriya nişanlı avtomobil doqquz yaşlı uşağı vurub. Müxtəlif bədən xəsarətləri alan C.Abbasov təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Toyuqlu pizza

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!