Bakıda avtomobil gölməçədə batıb.
"Yeni Sabah" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakının Qaradağ rayonunda “Renault” markalı minik avtomobili yol kənarındakı gölməçədə batıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri köməksiz vəziyyətdə qalan iki nəfəri nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Pepperoni pizza
Telegram kanalımız