Bakıda avtomobil işıq dirəyinə çırpılaraq iki yerə ayrıldı   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobil işıq dirəyinə çırpılaraq iki yerə ayrıldı - FOTOLAR

Hadisə

07 İyul 2026 00:57 85


Böyükşor-Pirşağı avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, ilkin məlumata görə, hərəkətdə olan “BMW” markalı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində işıq dirəyinə çırpılıb.

Güclü zərbənin təsirindən avtomobil iki hissəyə ayrılıb. Avtomobilin bir hissəsi hadisə yerindən təxminən 100 metr kənara düşərək alovlanıb. Marqarita pizza

Qəza nəticəsində sürücü və avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə yerinə dərhal polis əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır./APA


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!