Bakıda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanıldı

Kriminal

16 Avqust 2025 15:10 291


Bakıda avtomobilin şüşəsini qəsdən sındıran şəxs saxlanılıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkələrdə naməlum şəxsin paytaxtın Nizami rayonu ərazisində “KİA” markalı avtomobilin şüşəsini sındırması ilə bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əmlakı qəsdən məhv etmədə şübhəli bilinən 40 yaşlı Azad Zamanov müəyyən olunaraq saxlanılıb. pizza

Onun barəsində toplanan material hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və A.Zamanov 1 ay müddətinə inzibati qaydada həbs edilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!