Bakıda Azərbaycan və Fransa diplomatları arasında danışıqlar aparıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Azərbaycan və Fransa diplomatları arasında danışıqlar aparıldı

Siyasət

04 Noyabr 2025 20:16 375


Fransa diplomatları Bakıda ikitərəfli münasibətlər və regional gündəmlə bağlı danışıqlar aparıblar.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut "X"dəki səhifəsində yazıb.

Diplomat qeyd edib ki, Azərbaycan və Fransa diplomatları arasında hərtərəfli və məhsuldar müzakirələr aparılıb: Sezar pizza

"Fransa Prezidentinin kontinental Avropa üzrə diplomatik müşaviri Bertrand Buxvalter və Fransa Xarici İşlər Nazirliyinin kontinental Avropa Departamentinin direktoru Bris Rokfey ikitərəfli münasibətlər və regional məsələləri müzakirə etmək üçün Azərbaycana gəliblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla görüşlər keçirilib".

Laqut həmçinin vurğulayıb ki, Bakıdakı görüş Azərbaycan Prezidenti İlham Əliyev və Fransa Prezidenti Emmanuel Makron arasında son görüş fonunda ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mühüm addımdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!