Bakıda azyaşlı işgəncəyə məruz qalır: ayaqları zəncirlənmiş halda...   - Şok foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda azyaşlı işgəncəyə məruz qalır: ayaqları zəncirlənmiş halda... - Şok foto

Sosial

21 Avqust 2019 13:45 1416


Bakıda azyaşlı uşağın evdə xalası tərəfindən işgəncələrə məruz qalması ilə bağlı məlumat yayılıb.

“Yeni Sabah” xəbər verir ki, uşağın video və fotosu da var.

Ancaq zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsi və əlamətləri tam düşdüyü üçün  videonu təqdim etmirik. pizza mizza

Videoda azyaşlı açıq şəkildə deyir ki, nadinclik etdiyi üçün onun ayağını xalası zəncirləyib. O, 2 gündür evdə ayağı zəncirlənmiş formada saxlanıldığını bildirib. Qapının üzünə kilidləndiyini deyən uşaq bildirir ki, anası və xalası isə hər səhər işə gedir və bir də axşam saat 12-də gəlirlər.

Uşağın sözlərinə görə, o, ancaq evin içində ayağı zəncirlənmiş formada hərəkət edir, hətta yeməyi də o formada götürür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!