Bakıda Bal Yarmarkası başlayır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Bal Yarmarkası başlayır

Sosial

04 Sentyabr 2026 14:10 42


Kənd Təsərrüfatı Nazirliyi tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC ilə “Azərbaycan Arıçılar Assosiasiyası” İB-nin birgə təşkilatçılığı ilə paytaxtda 26-cı Arıçılıq Məhsullarının Respublika Sərgi-Satış Yarmarkası təşkil olunacaq.

 “Yeni Sabah” nazirliyinə istinadən xəbər verir ki, tədbirdə qüvvəsini sınamaq istəyən fermerlər 7 sentyabr saat 11:00-dan 9 sentyabr saat 23:59-a qədər bal.kendden.az saytı vasitəsilə müraciət edə bilərlər. Müraciət hüququ yalnız 1 sentyabr 2026-cı il tarixinədək Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) ən azı 40 arı ailəsi qeydiyyatdan keçirmiş təsərrüfat sahiblərinə şamil olunur. İştirakı təsdiqlənən arıçılara bu barədə SMS vasitəsilə bildiriş göndəriləcək.

Şərtlərə əsasən, hər bir iştirakçı satışa ən çox 450 kq bal (qabla birlikdə) və 30 ədəd şan çıxarmaq hüququna malikdir. Məhsulların keyfiyyəti Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən ciddi şəkildə yoxlanılacaq; götürülən nümunələrdə saxaroza göstəriciləri laboratoriyada analiz ediləcək və standartlara cavab verməyən malların satışına icazə verilməyəcək. pizza

Müraciət və laboratoriya müayinələri ödənişli əsaslarla həyata keçiriləcək. Təşkilatçılar tərəfindən iştirakçılara ticarət yeri, zəruri avadanlıqlar, həmçinin marketinq, PR və digər dəstək xidmətləri göstəriləcək.

Formanın Yuxarısı

Formanın Aşağısı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!