Bakıda beş nəfərin ölümünə səbəb olan gənc üçüncü kurs tələbəsidir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda beş nəfərin ölümünə səbəb olan gənc üçüncü kurs tələbəsidir

Maraqlı

14 Oktyabr 2021 17:17 1116


Ötən gün Bakıda beş nəfərin ölümü, 26 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzasını törədən Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin tələbəsi olub. 

Yenisabah.az xəbər verir ki, universitetdən Oxu.Az-a verilən məlumata görə, M.Əzizov dəhşətli hadisədən bir gün qabaq, yəni oktyabrın 12-də universitetdə olub:

“M.Əzizov universitetimizin üçüncü kurs tələbəsi olub. Onun davamiyyətində ciddi problemlər olmayıb. Orta qiymətlərlə oxuyan tələbələrdən biri olub”. Dördpendirli pizza

Baş verən hadisə ilə bağlı M.Əzizovun universitetdən xaric edilib-edilməyəcəyinə dair suala cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məhkəmənin qərarından sonra yekun cavab vermək mümkün olacaq.

Qeyd edək ki, ötən gün saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!