Bakıda bu avtobusda qiymət 65 qəpik oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu avtobusda qiymət 65 qəpik oldu

Sosial

31 Avqust 2026 12:33 113


Sentyabrın 1-dən 199 nömrəli marşrut xəttində avtobuslar dəyişdiriləcək.

"Yeni Sabah xəbər" verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan avtobuslar CNG texnologiyası ilə təchiz edilən nəqliyyat vasitələri ilə əvəzlənəcək. pizza mizza

199 nömrəli marşrut üzrə avtobuslar Nərimanov rayonu, Nemət Quliyev küçəsi (Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu) – Xırdalan şəhəri (Bakı Mühəndislik Universiteti) istiqamətində hərəkət edəcək.

Avtobuslarda ödəniş nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,65 manat təşkil edir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!