Bakıda bu məşhur lisey bağlandı   - RƏSMİ/FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu məşhur lisey bağlandı - RƏSMİ/FOTO

Sosial

27 İyun 2024 18:20 820


Bakıda on il əvvəl fəaliyyətə başlamış lisey bağlanıb. Bakı Fransız Liseyi Təhsil Kompleksi ləğv olunub.

Yenisabah.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə qurum özü elan edib.

Xatırladaq ki, liseyin fəaliyyətinin dayandırılacağı ilə bağlı bu ilin aprel ayında şagirdlərin valideynlərinə məktub göndərilib. Dominos pizza

Bu tədris ilində liseydə 200 şagird təhsil alıb. 

Xatırladaq ki, Bakı Fransız Liseyi Təhsil Kompleksinin açılışı 2014-cü ilin sentyabrında olub. Lisey Bakının "Ağ şəhər" adlanan ərazisində yerləşir. Tədris müəssisəsində məktəbəqədər hazırlıq kursu daxil olmaqla, ibtidai və kollec-lisey qrupları fəaliyyət göstərib.Tədris fransız dilində aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!