Bakıda bu restoranın fəaliyyəti dayandırıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu restoranın fəaliyyəti dayandırıldı

Sosial

06 May 2026 21:59 129


Bakı şəhərinin Səbail rayonu, T.Əliyarbəyov küçəsi ev 9 zirzəmi ünvanında fəaliyyət "Saeed And Co" MMC-yə məxsus "Dehli" ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Yoxlama zamanı müəssisənin antisanitar şəraitdə fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsiplərinə əməl olunmadığı aşkarlanıb. Həmçinin mətbəx sahəsində və avadanlıqlarda mütəmadi təmizlik, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, ərzaq xammalının saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, mətbəx sahəsinin döşəmə və tavan hissəsində tamlığın pozulduğu müəyyən edilib. pizza sifarişi

Faktla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!