Bakıda satılan bəzi villaların qiymətləri "dodaq uçuqladır", desək, yanılmarıq.
Yenisabah.az xəbər verir ki, 6 milyondan 20 milyon manata qədərdir. Bakıda hazırda satılan ən baha villa 20 milyon manatadır. Əmlak Səbail rayonu, Badamdar qəsəbəsinin ərazisindədir. Şəhərin ən prestijli ərazilərindən biri sayılan Badamdardakı 3 mərtəbəli, 14 otaqlı əmlakın ümumi sahəsi 1500 kv.m.-dir.
Villanı qeyri-adi edən onun xüsusi layihə əsasında tikilməsidir. pizza mizza
Bakıda ən bahalı mənzillər isə paytaxtda yeni tikilmiş və ya tikilməkdə olan yaşayış komplekslərində yerləşir.
Hazırda satışda olan ən bahalı mənzil Səbail rayonunda yerləşən “Gümüş Plaza”dadır. Mənzilin qiyməti nə az, nə çox, 8 075 000 manatdır.
"Ağıllı ev" strukturlu müasir standartlara cavab verən yeni tikili 19 mərtəbəli binanın 6-ci mərtəbəsində yerləşir. Ümumi sahəsi 315 kv.m olan 4 otaqlı mənzil tam təmirli şəkildə alıcıya təklif olunur.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız