Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir marşrut üzrə avtobuslar yeniləndi

Sosial

10 Fevral 2026 18:26 500


Bakıda 206 nömrəli şəhərətrafı müntəzəm marşrut xəttinə müasir və komfortlu avtobuslar cəlb edilib.

"Yeni Sabah" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, avtobuslarla xəttin istismarı fevralın 12-dən həyata keçiriləcək. pizza hut

Metronun "Elmlər Akademiyası" stansiyasını Lökbatan qəsəbəsi ilə əlaqələndirən 206 nömrəli marşrut üzrə 10 müasir avtobus 12 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq.

Avtobuslarda ödənişlər nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı 0,60 manat müəyyən edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!