Bakıda daha bir marşrut xətti “Bakubus”a həvalə edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir marşrut xətti “Bakubus”a həvalə edildi

Sosial

07 Fevral 2023 21:24 1103


Bakıda 44 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Agentliyin verdiyi müvafiq sərəncam ilə fevralın 8-dən etibarən Zığ qəsəbəsi - “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 44 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları “BakuBus” MMC təşkil edəcək. pizza

“Bu addımda məqsəd 15 min nəfərdən artıq sakinin yaşadığı Zığ qəsəbəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada daşınmasını təmin etməkdir”, - məlumatda deyilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!