Bakıda Daxili Qoşunlar polislə birgə xidmətə cəlb edildilər

saytların hazırlanması

Evə çatdırılma

Bakıda Daxili Qoşunlar polislə birgə xidmətə cəlb edildilər

Sosial

30 Mart 2020 15:24 1509


Xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə Daxili Qoşunların qüvvələri cəlb edilib.

"Yeni Sabah" bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gündən xüsusi karantin rejiminin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları polis əməkdaşları ilə birgə xidmətə cəlb ediliblər. Bakı və Sumqayıtda həyata keçirilən bu tədbirlər koronavirus infeksiyasının geniş yayılmasına yol verməmək üçün vətəndaşların təhlükəsizliyini təmin etmək, məhdudlaşdırma tədbirlərini tam və hərtərəfli yerinə yetirmək, onun törədə biləcəyi fəsadların qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə 29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.  pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!