Bakının Pirallahı rayonunda yol qəzası zamanı bir nəfər ölüb.
“Yeni Sabah” APA-ya istinadla xəbər verir ki, hadisə Qurban Abbasov küçəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Mustafayeva Mahirə Firuddin qızı qonşusunun idarə etdiyi avtomobilin arxa hissəsində dayanıb. Bu zaman sürücü ehtiyatsızlıqdan M. Mustafayevanı vuraraq üzərindən keçib. Qadın hadisə yerində ölüb. pizza hut
Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırma aparılır.
Telegram kanalımız