Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Yeni Sabah" “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Mebel daşıyan yük maşını yolu keçən 15 yaşlı şagirdi (ad və soyadı dəqiqləşdirilir-red) vurub. pizza
Yaralı hadisəni törədən sürücü tərəfindən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Telegram kanalımız