Paytaxtın Suraxanı rayonu, Heydər Əliyev prospektində baş verən yol nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
"Yeni Sabah" Oxu.az-a istinadən xəbər verir ki, saat 21:40-da xanım sürücünün idarə etdiyi KIA markalı, 77-GY-014 dövlət nömrə nişanlı avtomobil nəzərdə tutulmayan yerdən keçən piyada Fuad Oqtay oğlu Ədilovu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Telegram kanalımız