Bakıda əcaib zolaq: bu prospektin yarısı... - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda əcaib zolaq: bu prospektin yarısı... - Foto

Sosial

26 Dekabr 2021 21:15 880


Bakının Rəşid Behbudov prospektində avtobus üçün qoşa zolaq ayrılıb.

Yenisabah.az xəbər verir ki, prospektin Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişdiyi ərazidə avtobus üçün iki zolağın ayrılması ciddi problemlərə səbəb olur. Belə ki, prospektin az qala yarısı minik avtomobilləri üçün qadağan edilib, bu isə avtomobillərin gur olduğu ərazidə ciddi sıxlığa gətirib çıxarır.

Marşrut avtobusları üçün şəhərin mərkəzində və ən işlək küçəsində niyə iki geniş zolaq ayrılmalıdır və bunu kim, nə üçün düşünüb? Dördpendirli pizza

Bu sualın cavabını peşəkar sürücülər də bilmir. Çünki bu qədər əcaib bir qərara heç bir yerdə rast gəlmək mümkün deyil.

Xatırladaq ki, marşrut avtobusları üçün xüsusi zolağın çəkilməsini Bakı Nəqliyyat Agentliyi həyata keçirir./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!