Bakıda “əl enerjisi” ilə müalicə apardığı bildirilən özbəkistanlı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “əl enerjisi” ilə müalicə apardığı bildirilən özbəkistanlı saxlanıldı

Kriminal

11 Mart 2026 23:20 667


Bakıda fəaliyyət göstərən özəl estetik klinikalardan birində "əl enerjisi" ilə müalicə apardığı iddia olunan əcnəbi saxlanılıb.

"Yeni Sabah" xəbər verir ki, özbəkistanəsilli İqbol Soliyev polis əməkdaşları tərəfindən tutulub. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti hadisəni Oxu.Az-a təsdiqləyib. Dominos pizza

Qeyd edək ki, İqbol Soliyev özünü "Bionur" mərkəzinin sahibi kimi təqdim edir. Sosial şəbəkələrdə onun qəbuluna çox sayda insanın müraciət etməsi və klinikanın qarşısında uzun növbələrin yaranması ilə bağlı görüntülər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!