Bakıda ərini öldürən qadınla bağlı apellyasiya şikayəti verildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ərini öldürən qadınla bağlı apellyasiya şikayəti verildi

Kriminal

12 Fevral 2022 20:14 826


Bakıda ərini öldürməkdə təqsirləndirilən Sevda Babayevanın barəsində olan hökmdən apellyasiya şikayəti verilib.

Yenisabah.az xəbər verir ki, zərərçəkmişin hüquqi varisi birinci instansiya məhkəməsinin çıxardığı hökmdən narazı olduğu üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Məhkəmənin ilkin baxış iclası fevralın 24-nə təyin edilib. Şikayət hakim Ziya Şirinovun sədrliyi ilə araşdırılacaq. Dominos pizza

Xatırladaq ki, hadisə 2021-ci il aprelin 21-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Babayeva Sevda Rasim qızı həyat yoldaşı Əskərzadə Elvin Pənah oğlunu şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla qətlə yetirib.

Daha son S.Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin (CM) 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Babayevanın barəsində irəli sürülən CM-nin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi CM-in 123-cü (Zəruri müdafiə həddini və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla adam öldürmə) maddəsinə tövsif olunub. Qadına bu maddə ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Hökmdə qeyd edilib ki, S.Babayevaya Amnistiya Aktı şamil olunub və o, məhkəmə zalından azadlığa buraxılıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!