Bakıda ərlə arvad bağçaya gedən uşağı qorxudub telefonunu aldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ərlə arvad bağçaya gedən uşağı qorxudub telefonunu aldı - VİDEO

Hadisə

07 İyul 2021 12:21 769


Bakıda qardaşını bağçaya aparan azyaşlıya qarşı soyğunçuluq edilib.

Yenisabah.az xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, vətəndaş polisə müraciət edərək bildirib ki, qızı azyaşlı qardaşını bağçaya aparan zaman 2 nəfər onlara yaxınlaşıb uşağın mobil telefonunu əlindən alıb.

Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Əliyev və onun həyat yoldaşı Səidə Əliyeva qısa zamanda saxlanılıblar. Onlar ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər. Marqarita pizza

Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri soyğunçuluq hadisəsi və sonradan onların hadisə yerindən yayınmaları ərazidə olan müşahidə kameraları vasitəsiylə lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!