Bakıda evlərdən 15 000 manatlıq qızıl-zinət əşyaları oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evlərdən 15 000 manatlıq qızıl-zinət əşyaları oğurlandı

Kriminal

13 Noyabr 2023 12:07 993


Bakıda evlərdən 15 000 manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Yasamal rayonu ərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ayxan Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb. Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon ərazisində digər mənzildən pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Əliağa Əliyev saxlanılıb. pizza hut

Hər iki faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!