Bakıda evlərin qiymətinin ucuzlaşması üçün İDEAL VARİANT

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evlərin qiymətinin ucuzlaşması üçün İDEAL VARİANT

Sosial

03 Sentyabr 2026 15:59 230


İqtisadçı Natiq Cəfərli sənədsiz evlərlə bağlı məsələni yenidən gündəmə gətirib.

“Yeni Sabah” xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində yazıb. N.Cəfərli sənədsiz əmlaklara çıxarış verilməsinin faydalı tərəflərini aşağıdakı faktorlarla izah edib:

 “Azərbaycanda 500 minə yaxın sənədsiz ev-mənzil varsa, rəsmiləşdirilmə baş versə: Marqarita pizza

- Bazara potensial olaraq 500 min ev-mənzil daxil olacaq,

- Həyət evlərinin rəsmiləşdirilməsi həmin məhəllələrdə bina tikintisini sürətləndirə bilər – məsələn, 10-15 sənədli evi alan iş adamı, onların yerində 12-14 mərtəbəli, 3 bloklu bina tiksə, bazara əlavə 70-90 arası mənzil çıxacaq. Əgər 2000 belə layihə olsa, bu, hardasa, 150000 min mənzil deməkdir ki, təklifin kəskin artması, qiymətlərin ucuzlaşmasına səbəb olacaq,

- Çıxarış alan vətəndaş öz evində kiçik biznes aça, rəsmiləşdirə, kredit ala, işini böyüdə bilər (məsələn, kiçik təmir, şirniyyat sexi, kafe, və s.),

- Ölkədə 500 min evin rəsmiləşdirilməsi üçün 1000 manat rəsmi rüsum təyin edilsə (rüşvəti bu rəqəmdən 15-20 dəfə çoxdur), bu büdcəyə əlavə 500 mln. manat vəsait gətirəcək,

- 500 min ev-mənzildə qeydiyyat problemi həll olunacaq, seçkidə, siyasi-ictimai iştirakçılıq təmin ediləcək”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!