Bakıda gecə klubunda əməliyyat - Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gecə klubunda əməliyyat - Saxlanılanlar var

Hadisə

03 Fevral 2020 06:43 1171


Bakıda gecə klubunda narkotik maddə satan şəxs saxlanılıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü İ. Rzayev saxlanıb. Ondan 0,23 qram metidioksimetamfetamin götürülüb. 

Davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Rzayevə narkotik maddəni satan R. Əliyev Muxtarov küçəsində yerləşən gecə klubunda saxlanılıb. Marqarita pizza

Ondan klubda saxladığı yerdə ümumi çəkisi 23,49 qram olan 11 paket metidioksimetamfetamin, 85,265 qram marixuana və çəkisi 6,461 qram olan 12 paket anmetamfetamin aşkar edilib.

Hər iki şəxs saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!