Bakıda gənc iş adamı idman zalında vəfat etdi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gənc iş adamı idman zalında vəfat etdi - FOTO

Hadisə

18 Oktyabr 2025 09:36 8956


Bakıda gənc iş adamı idman zalında məşqdə olan zaman vəfat edib.

"Yeni Sabah"ın əldə etdiyi xəbərə görə, hadisə paytaxtdakı idman zallarından birində baş verib.

35 yaşlı Tural Tapdıqzadə idman zalında məşq etdiyi vaxt qəfildən halı pisləşib. Zalda olanlar ona yardım göstərməyə çalışıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin iş adamının həyatını xilas etmək mümkün olmayıb. Dominos pizza

Mərhum bu gün Bakıda dəfn olunacaq.

Qeyd edək ki, Tapdıqzadə Tural Yaşar oğlu 1990-cı ildə anadan olub. Əslən Laçın rayonundandır. Ailəlidir, 4 övladı var. O, iş adamı idi.

Tural Tapdıqzadənin atası Yaşar Nəcəfov Birinci Qarabağ müharibəsinin veteranıdır. O, 811 saylı hərbi hissənin tərkibində döyüşüb. Laçın və Ağdam uğrunda gedən döyüşlərdə iştirak edib, ağır yaralanıb.

Yaşar Nəcəfov özü də iş adamdır, sahibkarlıq fəaliyyəti ilə məşğul olur.

Allah rəhmət eləsin!


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!