DİQQƏT! Bakıda güclü külək əsəcək   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sosial

05 Sentyabr 2026 15:58 35


Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentyabrın 7-dən 8-i səhərədək gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Samux, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdam, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Hacıqabul, Neftçalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. pizza mizza

Gədəbəy, Göygöl, Şərur, Sədərək, Quba, Salyan, Şirvan, Sabirabad, Saatlı, Cəbrayıl, Zəngilan, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı, Zərdab, Ağdaş, Ağcabədi, Xocavənddə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!