Bakıda güclü külək əsir, bəzi rayonlara yağış yağdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü külək əsir, bəzi rayonlara yağış yağdı

Sosial

16 İyul 2026 11:15 45


İyulun 16-sı saat 11:00-a olan faktiki hava açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağıb. Toyuqlu pizza

Düşən yağıntının miqdarı Qəbələdə 6, Zaqatala, Qrız və Qusarda 1 mm-dək qeydə alınıb.

Hazırda Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi müşahidə olunur, küləyin maksimal sürəti 21 m/s-ə çatır.

Ölkənin bəzi rayonlarında isə şərq küləyi üstünlük təşkil edib. Küləyin maksimal sürəti Goranboyda 19, Naftalanda 18, Culfada isə 17 m/s-dək güclənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!