Bakıda güllərin qiymətində kəskin bahalaşma: İki ay əvvəl 4 manata idi, indi...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güllərin qiymətində kəskin bahalaşma: İki ay əvvəl 4 manata idi, indi...

Sosial

19 Aprel 2023 12:54 1576


Bakıda hədiyyəlik güllərin qiymətində kəskin bahalaşma olub.

Yenisabah.az xəbər verir ki, paytaxtın gül dükanlarındakı qiymətlər fevral ayının sonundan bəri xeyli artıb. 

Belə ki, fevral ayında mono buketlər (tək növ çiçək) – 35 manatdan başlasa da, indi bu qiymət 40-45 manatdan başlayır və 660 manata qədər qalxır. Sezar pizza

Miks buketlər (qarışıq çiçək növləri) əvvəllər 50 manatdan başlayırdısa, indi qiymət 55 manatdır. Bu buketlər arasında 289, 324 manata təklif olunan güllər də var.

Ən çox artım isə tək-tək satılan qızılgüllərdə müşahidə olunur. Belə ki, əvvəllər qırmızı, çəhrayı, sarı, narıncı qızılgüllərin bir ədədi 4 manat, mavi və göyqurşağı qızılgüllərin bir ədədi isə 5 manat olsa da, indi 4 manata satılan güllər 6 manat olub.

Mavi və göyqurşağı qızılgüllərin qiyməti isə 5 manatdan 8 manata qalxıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!