Bakıda həkimin 2 minlik velosipedi oğurlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda həkimin 2 minlik velosipedi oğurlandı - Foto

Kriminal

25 Aprel 2020 16:58 1664


Bakıda tanınmış həkimin dəyəri 2000 manat olan velosipedi oğurlanıb.

Yenisabah.az xəbər verir ki, Yasamal rayon sakini Sahib Bilalzadəyə məxsus dəyəri 2000 manat olan velosiped naməlum şəxs tərəfindən oğurlanıb.

Yasamal rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1966-cı il təvəllüdlü Mahir Həsənov və 1994-cü il təvəllüdlü Kənan Fərəcullazadə saxlanılıb. Marqarita pizza

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının üz-çənə cərrahı Sahib Bilalzadə Unikal.org-a oğurlanan velosipedin ona məxsus olduğunu təsdiqləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!