Bakıda hər kəsin ala biləcəyi UCUZ və TƏMİRLİ MƏNZİLLƏR – Bu vasitə ilə...

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hər kəsin ala biləcəyi UCUZ və TƏMİRLİ MƏNZİLLƏR – Bu vasitə ilə...

Sosial

08 Noyabr 2024 15:51 8540


Azərbaycanda, xüsusən, Bakıda daşınmaz əmlak qiymətləri ildən-ilə artır. Təkcə paytaxtın mənzil bazarında son illər qiymətlərin 40-50 faiz artması müşahidə olunur. Odur ki, bir çox gənc ailə və evsiz vətəndaş daşınmaz əmlak sahibi olmaqda ciddi çətinliklə üzləşir.

Bəs görəsən, çıxış yolu nədir? Bu məsələdə dövlətin hansısa tənzimləmə mexanizmləri tətbiq edilirmi?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, hazırda bahalaşma tendensiyası bütün dünyada özünü göstərməkdədir: Dominos pizza

“Təkcə Azərbaycanda deyil, dünyanın demək olar ki, hər bir yerində daşınmaz əmlak qiymətlərində artımlar var. Söhbət burada inkişaf etmiş və inkişafda olan ölkələrdən gedir. Bu tendensiya Azərbaycanda da ildən-ilə davam edir. Çünki artıq torpaq sahələri tükənir və binaların, fərdi yaşayış evlərinin tikintisi üçün ərazilər demək olar ki, qalmır. Belə olan təqdirdə isə qiymətlər artır.

Amma alternativ olaraq baxsaq, məsələn, Yasamal rayonunda Şərifzadə küçəsində yeni tikili binalardakı mənzillərin 1 kvadratmetri artıq təxminən 2-3 min manat arası dəyişir. Həmin əraziyə tam yaxın, “ASAN Xidmət”in arxasında MİDA-nın binaları var ki, həmin binalarda dövlətin təqdim etdiyi mənzillərin kvadratı təxminən 900 manat civarındadır. Demək olar ki, 2-3 dəfə daha ucuz qiymət özünü göstərir”.

Ekspert qeyd edib ki, dövlətin bu istiqamətdə bir sıra sosial layihələri mövcuddur: 

“Bundan əlavə, artıq 2020-ci ildən sonra dövlət tərəfindən məcburi köçkünlər üçün tikilmiş yetəri qədər mənzil artıq köçkünlərə verilmir və verilməyəcək. Bunların bir hissəsi, qazilərə, şəhid ailələrinə və satışa çıxarılır. Qiymətləri isə olduqca minimaldır. Həmin mənzillər ərazisinə görə təxminən 700-750 manata və təmirli olaraq satılır. Bu qiymət indiki şəraitdə heç tikintinin maya dəyəri belə eləmir. Bu cür fəaliyyətlərlə dövlət də çalışır ki, aztəminatlı insanlar həm ev ala bilsin, həm də evsiz insanların ev problemi həll olunsun”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nəzakət Sədirova
    Salam mən kirayə qalıram,ayda 500₼ kirayə pulu ödəyirem,59 yaşim var mənə sosial mənzil düşürmü,ilkin ödənişsiz ala bilərəmmi.Sizə necə müraciət edə bilərəm.Müəlliməm.
    1 year ago
  • Efran
    Salam mən herbiciyem ilkin ödəniş olmadan ev almağa olur? Əyər olursa komeyliy edesiz 700 manat aylig ödəniş edə bilerem
    1 year ago
  • Rəşad
    Salam men kirayədə qaliram rəsmi işdiyirem aylig əmək haqim 750 manatdi hemde özüm vətən müharibəsi iştirakçısiyam eger mumkunduse mene aylig 450 500 manata ipatekaynan ev verərdiz
    1 year ago
  • Xansu
    Sosial evlər tiilib.Gedin baxin gorun orda bir dənə də olsa kasib var?bu evler az təminatli ailələr ucun tikilibsə necə olur ki orda ancaq zənginlər yasayir?kasıblar ancaq kirayə qalanlardır.elə adam var ki 2-3 mənzili var.bu səraiti yaradanlar ve dovlətin ədalətinə kölgə salanlar cəzalanmalıdır.
    1 year ago
  • Roya
    Salam.mən kirayə qalıram mümkündürmü ilkin ödəniş etmeden ipoteka ile ayda 500 az odemle ?eve sahib olmaq?
    1 year ago